Bu gün Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur
14.10.2026 12:32
187
Siyasət
A
Bu gün Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Bu gün Gürcüstanda Svetitsxoveloba bayramı və xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur.

Aktual.ge xəbər verir ki, Mtsxetadakı Svetitsxoveli Patriarxal Katedralında təntənəli ibadət mərasimi keçirilir.

Ayinə Bütün Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Biçvinta və Suxumi-Abxaziya mitropoliti III Şio Gürcüstan Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun üzvləri ilə birlikdə rəhbərlik edir.

İbadət mərasimində yerli pravoslav kilsələrinin nümayəndələri və xaricdən gələn qonaqlar da iştirak edirlər.

Qeyd edək ki, Svetitsxoveloba bayramı ildə iki dəfə - oktyabrın 14-də və iyulun 13-də qeyd olunur. Oktyabrın 14-də İsa Məsihin köynəyi, iyulun 13-də isə Məsihin on iki həvarisinin xatirəsi yad edilir.

ŞƏRH YAZ
4