Fransada məktəblilərin etirazı: Saxlananların sayı 8000-ə çatır
14.10.2026 23:31
28
Dünya
A
Fransada məktəblilərin etirazı: Saxlananların sayı 8000-ə çatır

Fransada məktəblilərin etiraz aksiyaları zamanı saxlanılanların 85%-i yetkinlik yaşına çatmayanlardır.

Aktual.ge xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, etirazların başlanmasından bəri hüquq-mühafizə orqanlarının əməkdaşları 7 950 nəfəri saxlayıb.

Bundan əlavə, saxlanılan 26 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Onların isə 65%-i yetkinlik yaşına çatmış şəxslərdir.

Qeyd edək ki, yuxarı sinif şagirdlərinin etiraz aksiyaları sentyabrın sonunda İl-de-Frans bölgəsində başlayıb və hazırda bütün Fransanı əhatə edir.

ŞƏRH YAZ
1