Vitali Kliçko: Zelenski və hökuməti məni vəzifədən uzaqlaşdırmağa çalışır
Bugün
63
Siyasət
A
Vitali Kliçko: Zelenski və hökuməti məni vəzifədən uzaqlaşdırmağa çalışır

“Ukrayna Prezidenti Volodimir Zelenski və onun hökumətinin məni vəzifədən uzaqlaşdırmaq istədiyini düşünürəm”, – deyə Kiyev meri Vitali Kliçko bildirib.

Aktual.ge xəbər verir ki, Kliçko bu barədə özünün “Telegram” kanalında yayımladığı videomüraciətdə danışıb.

Onun sözlərinə görə, vəzifədən uzaqlaşdırılmaq cəhdinin əsas səbəbi şəhər rəhbərliyinin qış mövsümünə lazımi səviyyədə hazırlaşmaması ilə bağlı iddialardır.

“Mərkəzi hakimiyyətlə əlaqəli media orqanları istilik mövsümünün başlanmasına maneə yaradıldığı barədə əsassız ittihamlar yayırlar.

Yerli özünüidarəetmə sistemini dağıtmağa çalışırlar və bu, təkcə Kiyevdə baş vermir. İcma rəhbərlərini uydurma səbəblərlə vəzifələrindən azad edirlər.

Məni xalq seçib və mən işləyirəm. Kiyevlilərin etimadını doğrultmaq və düşmənin fasiləsiz, dağıdıcı hücumları şəraitində şəhərin fəaliyyətini təmin etmək üçün son dərəcə çətin şərtlərdə əlimdən gələni edirəm”, – deyə Kliçko bildirib.

ŞƏRH YAZ
0