Gürcüstanda yarımçıq tikililərə vergi güzəştlərinin müddəti uzadılıb
15.10.2026 18:07
167
Siyasət
A
Gürcüstanda yarımçıq tikililərə vergi güzəştlərinin müddəti uzadılıb

Gürcüstan parlamenti başa çatdırılmamış tikinti layihələri üçün nəzərdə tutulan vergi güzəştlərinin müddətinin uzadılmasını dəstəkləyib.

Aktual.ge xəbər verir ki, Vergi Məcəlləsinə dəyişikliklər sürətləndirilmiş qaydada müzakirə olunub və üçüncü oxunuşda 81 səslə yekdilliklə qəbul edilib.

Dəyişikliyə əsasən, daşınmaz əmlakın təqdim edilməsi və onunla əlaqəli tikinti-quraşdırma xidmətləri üzrə əlavə dəyər vergisi (ƏDV) güzəştlərinin müddəti 2029-cu il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək uzadılıb.

Qanuna əsasən, 2008-ci ilin avqustunadək başlanmış, lakin başa çatdırılmamış tikinti layihələri ilə bağlı əmlakın təqdim edilməsi və xidmətlər Vergi Məcəlləsində nəzərdə tutulan şərtlər yerinə yetirildiyi halda ƏDV güzəştindən yararlana biləcək.

ŞƏRH YAZ
0