Marneulidə insan alveri və seksual istismar ittihamı ilə bir nəfər saxlanılıb
25.11.2026 11:27
473
Kriminal
A
Marneulidə insan alveri və seksual istismar ittihamı ilə bir nəfər saxlanılıb

Gürcüstan Prokurorluğu Marneulidə baş vermiş insan alveri (insan alveri məqsədilə istismar), zorakılıq və seksual xarakterli digər hərəkətlərlə bağlı bir nəfərə ittiham irəli sürüb.

Aktual.ge xəbər verir ki, bu barədə Prokurorluq məlumat verib.

"Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneulidə zərərçəkmiş şəxsi aldadaraq öz təsiri altına salıb və onu cinsi istismara məruz qoyub. O, zərərçəkmiş şəxsi digər şəxslərə seksual xidmət göstərməyə məcbur edib, əldə olunan pulu isə özü götürüb. Zərərçəkmiş şəxsin tabe olmadığı halda ona fiziki zor tətbiq etməklə hədələyib. Həmçinin təqsirləndirilən şəxs zərərçəkmişə qarşı zorakılıq və seksual xarakterli digər hərəkətlər törədib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi 2026-cı il noyabrın 22-də saxlayıblar.

Ona Gürcüstan Cinayət Məcəlləsinin 143-cü prima maddəsinin birinci hissəsi (insan alveri - istismar məqsədilə şəxsin aldadılaraq cəlb edilməsi), 126-cı maddəsinin birinci hissəsi (zərərçəkmiş şəxsin fiziki ağrı hiss etməsinə səbəb olan zorakılıq) və 138-ci maddəsinin birinci hissəsi (seksual xarakterli digər hərəkətlər) ilə ittiham irəli sürülüb.

Bu maddələr 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib" , - qeyd olunub.

ŞƏRH YAZ
0