"Salam" Platforması Marneuli bələdiyyə məclisinin 14 noyabr tarixində keçirilən iclasında Kirovka kəndinin adı ilə bağlı səsləndirilən bəyanata münasibət bildirib.
Aktual.ge xəbər verir ki, sözügedən təşkilat Marneuli Meriyasının Məlumat və Statistika şöbəsinin rəhbəri İrina Macaraşvilinin iclasda Kirovka kəndinə adın verilməsi ilə bağlı açıqlamasını səhv məlumat adlandırıb.
"Salam Platforması"nın bəyanatını olduğu kimi təqdim edirik:
"Salam Platforması noyabrın 14-də Marneuli Bələdiyyə Şurasının yaşayış yerlərinin adlandırılması komissiyasının iclasında xanım İrine Maçaraşivilinin Kirovka kəndinin adı ilə bağlı səsləndirdiyi bəyanata fikir bildirir. Bizə məlum olduğu kimi, noyabrın 14-də xanım İrine Maçaraşvili Sakrebulo iclasında Rəşan Ziadəliyevin niyə Kirovka kəndinin adını kənd sakinlərinin istədiyi kimi dəyişmək niyyətində olmamaları ilə bağlı sualını müxtəlif növ dezinformasiyalarla cavablandırıb. Ona görə də biz özümüzü bu fakta cavab verməyə və həqiqəti ictimaiyyətlə bölüşməyə borclu hesab edirik.
Öncə onu qeyd edək ki, biz Salam Platforması olaraq son bir neçə aydır əhalinin səsini qərar verici şəxslərə və qurumlara çatdırmağa çalışırıq. Mövzunun aktuallışdığı ilk gündən etibarən, müxtəlif vaxtlarda özünüidarə nümayəndələri ilə şifahi və yazılı ünsiyyətimiz olub. Uzun müddətdir ki, əhali ilə birlikdə yerli özünüidarə məcəlləsinə və Gürcüstan qanunvericiliyinə əsaslanaraq, yaşayış yerinin ümumi yığıncağını təşkil etməyə çalışırıq. Təəssüflər olsun ki, indiyədək özünüidarə orqanı iclasın qanuni və qanun çərçivəsində keçirilməsi üçün lazımi sənədləri bizə və yerli kənd sakinlərinə təqdim etmir. Buradan irəli gələrək, bir daha Marneuli bələdiyyəsini göndərilən tələbə rəsmi cavab verməyə və kənd yığıncağının keçirilməsi üçün lazımi sənədləri bizə təqdim etməyə çağırırıq. Əks halda, onsuz da məsələ ilə bağlı yaşayış yerinin ümumi iclasını keçirməyi planlaşdırırıq. Bir neçə həftə əvvəl biz Salam platforması olaraq Kirovka kəndinin adı mövzusunda müzakirələr üçün Marneuli bələdiyyəsinin özünüidarə nümayəndələrinin, eləcə də müxtəlif universitetləri, elmi-tədqiqat institutlarını təmsil edən komissiya ilə elmi qrupun iştirak etdiyi iclasda iştirak etdik.
Bu görüşə əsasən bildiririk ki, xanım İrine Maçaraşvilinin Rəşan Ziadəliyevin sualına verdiyi cavab dezinformasiya və səhv məlumatdır. Elə bu yazıdaca niyə belə düşündüyümüzü izah etməyə çalışacağıq.
İlk növbədə, qeyd etmək lazımdır ki, alimlər bildirir ki, bu kəndin adları arasında “Mamay” adı da keçməkdədir. Həmin görüşdə bələdiyyənin yaşayış yerlərinin adlandırılması komissiyasının üzvləri, müxtəlif institut və universitetlərin alimləri Mamey adının Qızıl Ordu sərkərdəsi ilə bağlı ola bilməyəcəyini aydın şəkildə və sübutlarla izah etdilər. Bu alimlərin və tədqiqatçıların mövqeyi idi və bələdiyyə tərəfindən bu arqumentin yenidən səsləndirilməsi olduqca problemli olmaqla yanaşı, cəmiyyəti yanlış yönləndirmək və dezinformasiyadır.
İkincisi, alimlər və tədqiqatçılar Bələdiyyə nümayəndələri və bizimlə söhbətərində onu da bildridilər ki, bu adın müqəddəs Mamayla bağlantısı ola bilər, lakin onların fikrincə bu ehtimal da çox zəifdi. Bu düşüncə ehtimal səviyyəsində qalmaqdadır və alimlər tərəfindən təsdiqi yoxdur. Bu səbəbdən, bu arqumentin yenidən istifadəsi də tərəfimizdən manipulasiya olaraq qəbul edilir və həqiqəti əks etdirmir.Bələdiyyənin Mamey adıyla bağlı rəsmi mövqesi ondan ibarətdir ki, tarixi mənbələrdə sözügedən ada bu formada rast gəlinmir və tarixi olaraq həmin ad Mamai olaraq qabağımıza çıxır. Buna görə də, Bələdiyyə bildirir ki, kəndə Mamey adının verilməsi qəbul olunmazdır (bir hərf fərqinə görə). Lakn Bələdiyyə mərkəzi hakimiyyətə rəsmi təklif olaraq “Dostluq” adını göndərib ki, bu adla da heç bir tarixi mənbələrin heç birində qarşılaşmırıq.
Şifahi danışıq dilində, azərbaycan dilindəki “a” və “e” səslərinin gündəlik istifadədə çox vaxt bir-birini əvəz etdiyini nəzərə alsaq addakı bu hərf dəyişimin təbii olduğunu görmüş olarıq.Bir daha qeyd etmək istərdik ki, kənd əhalisi kəndə Mamey adının verilməsini tələb edir. Bu ad yerli əhalinin istəyini və iradəsini əks etdirdiyindən, mənfi tarixi önəmə sahib şəxsiyyətlə bağlı olması təsdiqlənmədiyindən, yerli özünüidarənin əhalinin iradəsini görməzdən qəlməsi qəbul edilməzdir. Əlavə olaraq, oxşar ada sahib mənfi tarixi önəmi olan və ya uydurulan şəxsiyyətlərin əhaliyə verilən mənfi cavaba arqument olaraq istifadəsi, bizim fikrimizcə, yerli əhalinin haqlarının kobud pozuntusudur. Biz bələdiyyəni, mərkəzi hökuməti, beynəlxalq təşkilatları, elmi işçiləri, hüquq müdafiə təşkilatlarını və digər ictimai fəalları bu məsələ ilə maraqlanmağa, bələdiyyənin müəyyən əməkdaşlarının bu məsələ ilə bağlı manipulyasiya və dezinformasiyaya yol verməməyə çağırırıq. Bu məsələni bir daha gündəmə gətirdiyi üçün üçün Rəşan Ziadəliyevə təşəkkür edirik".
Xatırladaq ki, 2022-ci ilin 18 aprel tarixində Marneuli Bələdiyyə Məclisinin üzvləri Sovet İttifaqından qalan adların dəyişdirilməsi mövzusunu müzakirə edib və iki kəndin - Kirovka və Şaumiyanın, adlarını dəyişməklə bağlı qərarı verib. Bunun ardından isə bəzi Kirovka sakinləri və QHT-ı kəndə Mamey adının verilməsini tələb edib.