Gürcüstandakı ermənilər Ermənistana dəstək məqsədi ilə qeydiyyata başlayıb
28.09.2020 21:54
2499
Siyasət
A
Gürcüstandakı ermənilər Ermənistana dəstək məqsədi ilə qeydiyyata başlayıb
Samtshe-Javaxetiya bölgəsinin Ninoçminda və Axalkalaki rayonlarında Ermənistana dəstək məqsədilə qeydiyyat başlayıb. Aktual.ge yerli mənbələrə istinadən xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın tərəfinə getmək istəyən könüllülər sözügedən rayonlarda siyahıya alınırlar. Əldə olan məlumata görə, Ninoçminda və Axalkalakidən olan gənclər Ninoçmindanın mərkəzinə toplaşaraq Ermənistana dəstək yollarını müzakirə ediblər. Onların sözlərinə görə, Ermənistan xalqına maddi və fiziki dəstək verməyə hazırdırlar. Qeyd edək ki, 27 sentyabr tarixində Azərbaycan Müdafiə nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Bundan sonra isə Azərbaycan ordusu bir neçə kəndini azad edib.
ŞƏRH YAZ
17