Marneulinin bu kəndində ara qarışdı, xalq ayağa qalxdı
25.07.2023 12:45
3010
Siyasət
A
Marneulinin bu kəndində ara qarışdı, xalq ayağa qalxdı

Marneuli Bələdiyyəsinin Lejbədinli kəndində yerli sakinlər ayağa qalxıb.

Aktual.ge xəbər verir ki, etiraza qalxan yerli sakinlər kənddə növbəti daş karxanasının tikintisinə etiraz edirlər.

Yerli sakinlərin sözlərinə görə, kənddə növbəti doqquzuncu daş karxasının təməli qoyulub və tikintisi davam edir bu, da kənddə çayın səviyyəsinin aşağı düşməsinə və susuzluğa, habelə kəndin əkin, eləcə də ərazilərinə zərər verir.

Etirazçılar hökumət əleyhinə tənqidi şüarlar səsləndirir, eləcə də Lejbədinli kəndinin deputatı Omar İrişov xəyanətdə ittiham edirlər.

Aksiya yerinə gələn Omar İrişov qanunsuz heç bir işin olmadığını söyləyib.

"Xalq bizdən tələb edir ki, daş karxanalarını fəaliyyəti dayansın, amma bu daş karxanaları ərazisi bu gün satılmayıb, 15 il bundan əvvəl satılıb. Mənimdə elə bir səlahiyyət yoxdur ki, bunun fəaliyyətini dayandıram. Mən rayon rəhbərliyinə xalqın sözünü çatdıra bilərəm. Mən rayon rəhbərliyindən bunu tələb edə bilərəm ki, mövcud daş karxanaları lisenziyası bitdikdən sonra fəaliyyət vaxtı uzadılmasın, dayandırılsın. Yeni tikilən daş karxanasına gəldikdə isə bu bir nəfərin şəxsi yeridir və orada iş görür, buna da biz heçnə deyə bilmərik. Buna haqqımız yoxdur. Zərərə gəldikdə isə bu kənd çoxdan belədir 15-20 il əvvəl" , - deyə Omar İrişov jurnalistlərə açıqlamasında qeyd edib.

Hazırda aksiya yerində vəziyyət gərgin olaraq qalmaqdadır.

ŞƏRH YAZ
0