Kateqoriyalar
Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində gənclər arasında mübahisə ilə başlayan qarşıdurma 2 nəfərin bıçaqlanması ilə nəticələnib.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, dekabrın 18-i gecə saatlarında yaşı 30-un altında olan 2 nəfər gənc bir nəfər tərəfindən bıçaqlanıb.
Yaralılar dərhal klinikaya yerləşdirilib. Onlardan biri əməliyyata alınıb, digərinin isə vəziyyəti qənaətbəxşidir. Gənclərdən biri əl və ayaq nahiyyəsindən biçaq zərbələri alıb, digəri isə qarın nahiyyəsindən.
İlk versiyalara görə, qanlı hadisə maşın alveri üstündə olub. Hadisənin daha ətraflı təfərrüatları araşdırılır.
Faktla bağlı artıq istintaq başlayıb. Polis hər yerdə qanlı hadisəni törədən şəxsi axtarır.

