
Gürcüstanda qeydiyyata alınmış avtomobillərin sayı 1.9 milyonu ötüb.
Aktual.ge xəbər verir ki, xüsusilə, Xidmət Agentliyinin son məlumatına görə, ölkədə ümumilikdə 1 912 866 avtomobil qeydiyyatdan keçib.
Xatırladaq ki, 2025-ci il yanvarın 1-nə olan məlumata əsasən, Gürcüstanın əhalisi 3 704 500 nəfər təşkil edib. 2024-cü ildə bu rəqəm 3 694 600 nəfər, 2015-ci ildə isə 3 721 916 nəfər idi.
Bununla yanaşı, Xidmət Agentliyinin son məlumatına əsasən, Gürcüstanda 1 666 841 sürücülük vəsiqəsi verilib.
Gürcüstanın Milli Statistika Xidmətinin 2025-ci ilin sonuna olan məlumatına görə, ölkədə ən çox istifadə olunan avtomobil markası MERCEDES-BENZ-dir. Növbəti yerləri isə TOYOTA, FORD və VAZ tutur.
Daha ətraflı, Gürcüstanda ən çox istifadə olunan TOP-10 avtomobil markası belədir:
MERCEDES-BENZ – 223 300 ədəd;
TOYOTA – 201 556 ədəd;
FORD – 178 983 ədəd;
VAZ – 153 086 ədəd;
OPEL – 147 021 ədəd;
BMW – 85 818 ədəd;
VOLKSWAGEN – 77 271 ədəd;
NISSAN – 71 497 ədəd;
HONDA – 71 274 ədəd;
MITSUBISHI – 56 792 ədəd.