Azərbaycanlı zəvvarlar İraqın Kərbəla şəhərinə “Ərbəin” ziyarətinə yollanarkən, Tbilisinin Poniçala Soğanlıq qəsəbəsində yerləşən “Əhlibeyt Məscidi” artıq 12 gündən çoxdur ki, onlara dayanacaq və istirahət yeri kimi xidmət göstərir.
İyulun 23-dən etibarən Kərbəlaya yollanan zəvvarlar, Marneulidəki bir sıra məscidlərlə yanaşı, Soğanlıq “Əhlibeyt Məscidi”nə də üz tutaraq burada ən azı bir gün istirahət edir, ehtiyaclarını qarşılayır və daha sonra səfərlərini davam etdirirlər.
Məscidə gələn müxtəlif zəvvar qruplarının bütün ehtiyacları yerli xalqın dəstəyi və “Əhlibeyt Məscidi”nin təşkilatçılığı ilə təmin edilir. Azərbaycan Respublikasından gələn zəvvarlara gün ərzində isti yemək, məhdudiyyətsiz çay və su, eləcə də digər zəruri ləvazimatlar təqdim edilir.
Əhlibeyt Məscidindən bildirilib ki, indiyədək təxminən 2 min Azərbaycanlı zəvvar burada qonaq edilib.
Daha ətraflı video xəbərdə: