Gürcüstan xaricə borcu artıb
19.08.2025 09:13
768
İqtisadiyyat
A
Gürcüstan xaricə borcu artıb

2025-ci ilin iyul ayına olan məlumata görə, Gürcüstanın dövlət xarici borcu 9.041 mlrd ABŞ dolları (indiki məzənnə ilə 24.473 mlrd lari) təşkil edir. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 229.394 mln dollar çoxdur.

Aktual.ge xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, 2024-cü ilin iyul ayına dövlət borcunun həcmi 8.812 mlrd dollar idi.

Eyni zamanda, Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin iyuluna hökumətin birbaşa xarici borcu 8.705 mlrd dollar olub. Bunun 6.623 mlrd dolları çoxtərəfli kreditorlara, 1.483 mlrd dolları isə ikitərəfli kreditorlara məxsusdur.

Qeyd edək ki, hesabat dövründə Gürcüstan Milli Bankının xarici öhdəliyi 335.9 mln dollar təşkil edib.

2025-ci ilin iyul ayına olan məlumata görə, Gürcüstanın ən iri kreditorları Asiya İnkişaf Bankı (ADB), Avropa İnvestisiya Bankı (EIB) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankıdır (IBRD).

2025-ci il 31 iyul tarixinə iri kreditorlar:

- Asiya İnkişaf Bankı (ADB) – 2.438 mlrd dollar

- Dünya Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) – 1.733 mlrd dollar

- Avropa İnvestisiya Bankı (EIB) – 1.180 mlrd dollar

- Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) – 438.4 mln dollar

- Beynəlxalq Valyuta Fondu (IMF) – 165.9 mln dollar

Gürcüstan hökumətinin qonşu ölkələrə ümumi 6.237 mln dollar borcu var.

Bundan əlavə, Gürcüstan hökumətinin Fransaya – 844 mln dollar, Almaniyaya – 586 mln dollar, Yaponiyaya – 120.9 mln dollar və s. borcu mövcuddur.

Eyni zamanda, hökumətin Gürcüstanın bütün qonşu ölkələrinə də borcu var, xüsusilə:

- Rusiya – 3.997 mln dollar

- Türkiyə – 1.139 mln dollar

- Azərbaycan – 585 min dollar

- Ermənistan – 516 min dollar

ŞƏRH YAZ
2