Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi
Bugün
24
Siyasət
A
Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi

Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və dini nifrət, düşmənçiliyin salınması faktları üzrə cinayət işi başlanıb.

Aktual.ge xəbər verir ki, Azərbaycan Baş Prokurorluğun məlumatına görə, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən Türkiyə vətəndaşı, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçi tərəfindən dini radikalizm məzmunlu materiallar paylaşılıb. Həmin materiallar arasında süni intellekt vasitəsilə hazırlanmış məzmunlar da olub.

Oktyabrın 16-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Celal Çiftçi təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində beynəlxalq axtarış elan olunub.

Azərbaycanın Baş Prokurorluğu bildirib ki, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir, Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım sorğuları göndərilir.

Qurum vətəndaşları dini zəmində nifrət və düşmənçiliyi təşviq edən məzmunun yayılmasından çəkinməyə, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə və qanunvericiliyin tələblərinə riayət etməyə çağırıb.

ŞƏRH YAZ
0