İyul ayında 100 laridən az maaş alanların sayı 9 711 nəfər olub, bəs 100 min laridən çox maaş alanlar nə qədər idi?
01.09.2025 12:44
529
Siyasət
A
İyul ayında 100 laridən az maaş alanların sayı 9 711 nəfər olub, bəs 100 min laridən çox maaş alanlar nə qədər idi?

2025-ci ilin iyul ayında əməkhaqqı alanların böyük əksəriyyətinin gəliri 1 200 lari ilə 2 400 lari arasında olub.

Aktual.ge xəbər verir ki, Gürcüstan Gəlir Xidmətinin məlumatına əsasən, bu gəlir kateqoriyasına aid olan əməkhaqqı alanların sayı 326 681 nəfər təşkil edib.

Eyni dövrdə, 9 711 nəfər 100 laridən az maaş alıb, halbuki 329 nəfərin aylıq əməkhaqqısı 100 min laridən çox olub.

2025-ci ilin iyul ayında:

  • 230 883 nəfərin maaşı 100 lari ilə 1 000 lari arasında olub;

  • 643 391 nəfərin maaşı isə 1 000 lari ilə 9 600 lari arasında dəyişib.

Qeyd edək ki, hesabat dövründə 9 600 lari ilə 100 000 lari arasında maaş alanların ümumi sayı 31 444 nəfər olub.

ŞƏRH YAZ
14