Gürcüstanda yüz minlərlə insan yoxsulluq içində yaşayır | Rəsmi rəqəmlər həyəcan doğurur
04.09.2025 00:35
1155
İqtisadiyyat
A
Gürcüstanda yüz minlərlə insan yoxsulluq içində yaşayır | Rəsmi rəqəmlər həyəcan doğurur

Gürcüstanda hər 3 nəfərdən biri özünü kasıb hesab edir, hər 5 nəfərdən biri isə sosial yardım alır.

Aktual.ge xəbər verir ki, bu, Sosial Xidmətlər Agentliyinin 2025-ci ilin iyul ayına dair son statistikası məlumatlarında öz əksini tapıb.

Belə ki, agentliyin iyul ayına olan məlumatına görə, Gürcüstanda 707 min 817 nəfər sosial yardım alıb. Onlardan 466 min 506 nəfər yalnız sosial yardım alanlardır, 241 min 311 nəfər isə dövlətin məşğulluğa dəstək proqramının iştirakçılarıdır. Bu şəxslərə 4 il ərzində sosial cəhətdən həssas statusu zəmanətli şəkildə saxlanılır. Ötən ilin iyulunda yardım alanların sayı 677 min 495 nəfər təşkil edirdi.

Beləliklə, Gürcüstanda hər 5 nəfərdən biri sosial yardım alır.

Eyni zamanda, cari ilin iyul ayına olan məlumata əsasən, Sosial Xidmətlər Agentliyinin bazasında qeydiyyatda olanların sayı 1 milyon 298 min 660 nəfərdir. Yəni onlar özlərini kasıb hesab edir və yardıma ehtiyac duyurlar. 2024-cü ilin iyulunda isə bu rəqəm 1 milyon 249 min 543 nəfər idi.

Qeyd edək ki, Milli Statistika Xidmətinin məlumatına əsasən, hazırda Gürcüstanda 3 milyon 704 min 500 nəfər yaşayır.

ŞƏRH YAZ
8