Avqust inflyasiyası | Ucuzlaşan məhsullar siyahısı
04.09.2025 01:08
434
İqtisadiyyat
A
Avqust inflyasiyası | Ucuzlaşan məhsullar siyahısı

2025-ci ilin avqustunda əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiya səviyyəsi 0,3%, illik inflyasiya səviyyəsi isə 4,6% təşkil edib.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti ("Saksat") yayıb.

Baza inflyasiyasına gəldikdə, 2025-ci ilin avqustunda bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,0% olub, tütünsüz illik baza inflyasiya göstəricisi isə 2,8% səviyyəsində müəyyənləşib.

Eyni məlumatlara əsasən, illik müqayisədə ən çox bahalaşan məhsullar sırasında ilk sırada limondur – qiyməti 99% artıb, ən çox ucuzlaşan isə pomidordur – dəyəri 33% azalıb.

Aktual.ge "Saksat"ın məlumatlarına əsaslanaraq, avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə ən çox ucuzlaşan məhsul və xidmətlərin ilk onluğunu təqdim edir:

- Pomidor – 33%

- Xiyar – 30,5%

- Badımcan – 16%

- Düyü – 15,8%

- Soyuducu – 14%

- Mikser – 12%

- Təyyarə ilə səyahət – 11,7%

- Bibər – 11,6%

- Paltaryuyan maşın – 10,5%

- Kompüter – 9,4%

ŞƏRH YAZ
7