Polis əməliyyatı keçirilib: Onlarla narkotacir saxlanılıb - VİDEO
12.09.2025 12:04
456
Siyasət
A
Polis əməliyyatı keçirilib: Onlarla narkotacir saxlanılıb - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) son 24 saat ərzində ölkə miqyasında polis əməliyyatı keçirib və bu çərçivədə narkotik cinayəti ittihamı ilə 42 nəfər saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze bu gün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, saxlanılanların böyük hissəsi iri narkosatıcıdır, digərlərinə isə xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması ittihamı irəli sürülüb.

“Narkotik cinayətkarlarını Daxili İşlər Nazirliyinin əməkdaşları Baş Prokurorluqla birlikdə Tbilisi və regionlarda keçirilmiş operativ, istintaq və prosessual tədbirlər nəticəsində saxlayıblar. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Məhkəmə qərarı əsasında aparılmış gizli istintaq hərəkətləri xüsusən də audio və video yazılar nəticəsində əldə olunmuş sübutlarla təsdiqlənib ki, saxlanılanların əksəriyyəti narkoticarət sxeminə cəlb olunub. Cinayətkarlar internet tətbiqləri vasitəsilə narkotik vasitələri sonradan satış məqsədilə müəyyən ünvanlarda yerləşdirirdilər və bu barədə məlumatı narkotik almaq istəyən şəxslərə göndərirdilər. Həmçinin müəyyən edilib ki, saxlanılanlar narkotikləri müxtəlif yollarla da realizə edirlərmiş.

Hüquq-mühafizəçilər xüsusilə böyük miqdarda, 'qara bazarda' satışa çıxarılması planlaşdırılan müxtəlif narkotik vasitələri götürüblər. Onların arasında 'heroin', 'kokain', 'alfa-PVP', 'buprenorfin', 'subokson', 'metadon', 'ketamin', 'mefedron', 'MDMA', 'marixuana' və digərləri var. Təqsirləndirilənlərin törətdiyi cinayətlər 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.

Daxili İşlər Nazirliyinin hər bir əməkdaşının məqsədi narkotiklərin zərərli təsirindən cəmiyyəti qorumaq və cinayətkar sxemdə iştirak edən bütün şəxsləri üzə çıxarmaqdır”, - deyə Aleksandre Daraxvelidze bildirib.

ŞƏRH YAZ
3