Temur Abazov siyasətə qayıdır -
22.07.2020 21:33
2568
Siyasət
A
Temur Abazov siyasətə qayıdır - "Proporsional siyahıda məndə yer alacam" EXCLUSİVE
"Danışılıbdır və söz verilibdir, 99 faiz 'Gürcü Arzusu'nun proporsional siyahısında məndə yer alacam". Bunu Aktual.ge xəbər portalınının builki parlament seçkilərində hakim "Gürcü Arzusu" partiyasının siyahısında yer alacaqsınızmı sualını cavablandıran Marneulinin sabiq meri Temur Abazov bildirib. Marneulinin keçmiş merinin sözlərinə görə, bu ilki parlament seçkilərində hakim partiyanın proporsional siyahısında 41-ci yerdə adı qeyd olunacaqdır. "Düşünürəm ki, hakim partiyanın proporsional siyahısında 41-dən daha çox deputat yer alacaq. Əgər ən axırda hissolunsakı hakim partiya 30-dan və ya 40-dan daha çox deputat sala bilməyəcək o zaman əlbəttə ki, dəyişiriklik ola bilər. Amma hələlik 40 nəfərdən daha çox deputat mandat qazana biləcəkləri düşüncəsində olduqlarına görə, mənə 41-ci sırayı veriblər",-deyə T.Abazov qeyd edib. 'Hakim partiyanın proporsional siyahısında sizdən başqa azərbaycanlıda yeralacaqmı' sualını cavablandıran Marneulinin eks meri deyib: "Maraqlanmamışam, bəlkədə ola bilər"
ŞƏRH YAZ
5