2026-cı ilin yanvarından etibarən yaşa görə pensiya artırılır.
Aktual.ge xəbər verir ki, bu barədə 2026-cı il Dövlət büdcəsi layihəsində qeyd olunub.
Layihənin yenilənmiş versiyası Gürcüstan hökuməti tərəfindən Parlamentə təqdim edilib.
Daha dəqiq desək, gələn ildən 70 yaş və ya daha yuxarı olan pensiyaçıların pensiyası 45 lari artırılaraq 495 lari olacaq. Eyni kateqoriyaya aid pensiyaçıların yüksək dağlıq yaşayış məntəqələrində pensiyası isə təxminən 594 lari təşkil edəcək.
70 yaşa qədər olan şəxslərin pensiyası 20 lari artırılaraq 370 lari müəyyən olunur, dağlıq yaşayış məntəqələrində isə 444 lari olacaq.
Pensiyadan əlavə olaraq, 18 yaşınadək olan ifadəli fiziki məhdudiyyətli (ağır dərəcəli məhdudiyyətli) olan şəxslərin sosial ödənişləri 45 lari, digər kateqoriyalara aid əlilliyi olan şəxslərin ödənişləri isə 20 lari artırılması nəzərdə tutulur.
Bundan başqa, ölkənin əsas maliyyə sənədinin layihəsinə əsasən, 2026-cı ildə səhiyyə və sosial müdafiə proqramlarının maliyyələşdirilməsi üçün nazirliyə ayrılan vəsait 840 milyon laridən çox artırılıb.
Məlumat üçün bildirək ki, hazırda Gürcüstanda 70 yaşadək olan şəxslərin pensiyası 350 lari təşkil edir, yüksək dağlıq yaşayış məntəqələrində isə həmin yaş qrupundakı pensiyaçılar 420 lari alırlar. 70 yaş və yuxarı olan pensiyaçıların pensiyası 450 laridir, dağlıq ərazilərdə isə bu kateqoriyadan olan pensiyaçıların pensiyası təxminən 540 lari təşkil edir.