Gürcüstanda yumurta qıtlığı yaranıb və ölkə quş qripinin geniş yayılması təhlükəsi ilə üz-üzədir.
Aktual.ge xəbər verir ki, məlumatı mərkəzi media yayıb.
Virus artıq iri quşçuluq təsərrüfatlarının böyük hissəsinə yayılıb. Nəşrin yazdığına əsasən, hazırda yayılan H9N2 ştammı aşağı patogenlidir və quşdan insana çox nadir hallarda keçir. Bu ştamm quşlar üçün yüksək ölümcüllük yaratmasa da, bakterial infeksiya ilə müşayiət olunduqda ölüm halları artır, çünki virus toyuqların immun sistemini zəiflədir.
Bir neçə mənbə Radio Azadlığa təsdiqləyib ki, supermarketlərdə yumurta çatışmazlığı iri yerli fermalarda quş qripi səbəbindən yumurtlamanın azalması ilə bağlıdır. Hazırda sahibkarlar yaranmış boşluğu idxal yolu ilə doldurmağa çalışırlar – artıq Türkiyə və Ermənistandan əlavə yumurta partiyaları ölkəyə daxil olub.