Kateqoriyalar
Bolnisi bələdiyyəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.ge xəbər verir ki, hadisə axşam saatlarında Saraçlı (Mamxuti) kəndində qeydə alınıb.
Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb və ağaca çırpılıb.
Qəza nəticəsində kənd sakini, 40 yaşlı Əhliman Abdullayev hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
