Marneuli İmam Əli (ə) Məscidi Yeni Katolikos-Patriarxı təbrik edir
11.05.2026 17:15
468
Din
A
Marneuli İmam Əli (ə) Məscidi Yeni Katolikos-Patriarxı təbrik edir

Marneuli Mərkəzi Hz. İmam Əli (ə.s) Məscidi Gürcüstanın Yeni Katalikos-Patriarxı III Şio Mujirini seçilməsi münasibətilə təbrik edib.

Aktual.ge xəbər verir ki, Məscidin təbrik mesajında deyilir:

"Bağışlayan və Mehriban Allahın adı ilə

Gürcüstanın Yeni Katolikos-Patriarxı III Şio Həzrətlərinə!

Sizi Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı seçilməyiniz münasibətilə Marneuli Mərkəzi Həzrəti İmam Əli (ə.s) Məscidi, Məscid Şurası və Marneuli möminləri adından səmimi qəlbdən təbrik edirik.

Gürcüstan əsrlər boyu müxtəlif dini konfessiyaların və etnik qrupların qarşılıqlı hörmət və dözümlülük şəraitində birgə yaşadığı nadir ölkələrdən biridir. Bu kimi ali dəyərləri öz fəaliyyətində hər zaman yaşadan mərhum Patriarx II İlyanın yolunu sizin də ləyaqətlə davam etdirəcəyinizə olan inamımız tamdır. İnanırıq ki, sizin rəhbərliyiniz dövründə ölkəmizdəki mövcud dini tolerantlıq və qardaşlıq mühiti daha da möhkəmlənəcəkdir.

Sizə bu ləyaqətli və məsuliyyətli vəzifənizdə uğurlar, ölkəmizə sülh və əmin-amanlıq arzulayırıq".

ŞƏRH YAZ
2