Yanacağın bahalaşması uçuşlara təsir etdi: Türkiyənin nəhəng aviaşirkəti Kutaisidən uçuşları müvəqqəti ləğv edib
12.05.2026 08:15
417
İqtisadiyyat
A
Yanacağın bahalaşması uçuşlara təsir etdi: Türkiyənin nəhəng aviaşirkəti Kutaisidən uçuşları müvəqqəti ləğv edib

“Pegasus” aviaşirkəti iyun ayında Kutaisi hava limanından uçuşları ləğv edib.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Türkiyənin büdcəli aviaşirkətinin Gürcüstandakı ticarət agenti olan GASA şirkəti yayıb.

Yayılan açıqlamada bildirilir ki, reyslərin ləğvi yanacaq qiymətlərinin artması ilə bağlı qəbul edilmiş əməliyyat qərarı çərçivəsində baş verib.

“İyun ayında Pegasus Airlinesin Kutaisi istiqamətində planlaşdırılmış reysləri yanacaq qiymətlərinin artması ilə əlaqədar qəbul edilən əməliyyat qərarı səbəbindən həyata keçirilməyəcək. Aviaşirkət Gürcüstan istiqamətində fəaliyyətini Tbilisi və Batumi beynəlxalq hava limanları vasitəsilə davam etdirir, Kutaisi istiqamətində uçuşların isə iyul ayından bərpa olunması planlaşdırılır”, - məlumatda deyilir.

Məlumat üçün bildirək ki, bundan əvvəl də GASA “Pegasus”un aviasiya yanacağı səbəbindən may ayında planlaşdırılan uçuşları ləğv etdiyini açıqlamışdı.

ŞƏRH YAZ
0