Kateqoriyalar
Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və ölkəyə gətirilməsi ittihamı ilə bir nəfəri saxlayıblar.
Aktual.ge xəbər verir ki, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İran vətəndaşı Marneuli bələdiyyəsi ərazisində həbs olunub.
Təqsirləndirilən şəxsin və onun idarə etdiyi yük avtomobilinin ətraflı yoxlanışı zamanı maddi sübut kimi xüsusilə böyük miqdarda “metadon” tərkibli 13 128 həb aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.