Kateqoriyalar
Marneulidə təxminən 60 yaşlı kişi qəfil vəfat edib.
Aktual.ge-nin xəbərinə görə, hadisə təxminən saat 10:30 radələrində baş verib.
Əldə edilən məlumata görə, Marneuli sakini Rustaveli küçəsində, stadionun qarşısında qəfil özünü pis hiss edərək yıxılıb.
Şahidlərin sözlərinə görə, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının şok aparatı işləmədiyi üçün həkimlər ona ürək masajı edərək xilas etməyə çalışıblar, lakin buna nail ola bilməyiblər.
Hazırda hadisə ilə bağlı ekspertizanın rəyinin açıqlanması gözlənilir.
Hadisə yerinə Patrul və kriminal polis cəlb olunub.
