Qardabanidəki avtomobil qəzasında ölənlərin sayı 5-ə çatıb - FOTO/VİDEO
14.05.2026 11:24
902
Hadisə
A
Qardabanidəki avtomobil qəzasında ölənlərin sayı 5-ə çatıb - FOTO/VİDEO

Qardabanidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı beşə çatıb.

Aktual.ge xəbər verir ki, qəza Qardabaninin Birlik kəndində baş verib.

Mövcud məlumata görə, sürətlə hərəkət edən “BMW” markalı avtomobil ağaca çırpılıb. Nəticədə 5 nəfər həyatını itirib, 1 nəfər isə klinikaya yerləşdirilib.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirib ki, faktla bağlı istintaq hərəkətləri aparılır, hadisənin təfərrüatları isə daha sonra açıqlanacaq.

ŞƏRH YAZ
12