SON DƏQİQƏ! Qardabanidəki avtomobil qəzasında ölənlərin sayı 7-ə çatıb
14.05.2026 11:36
1879
Hadisə
A
SON DƏQİQƏ! Qardabanidəki avtomobil qəzasında ölənlərin sayı 7-ə çatıb

Qardabanidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 7-ə çatıb, daha bir nəfər isə ağır vəziyyətdədir.

Aktual.ge xəbər verir ki, yenilənmiş məlumata görə, qəza bu gün səhər saatlarında Qardabaninin Birlik kəndində baş verib.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq başlanılıb. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur.

ŞƏRH YAZ
19