Kateqoriyalar
Marneulidə qəfil vəfat edən şəxsin Saraçlı sakini olduğu məlum olub.
Aktual.ge-nin xəbərinə görə, hadisə saat 10:30 radələrində baş verib. Əldə olunan məlumata əsasən, Marneuli şəhərinin Rustaveli küçəsində, stadionun qarşısında kişi qəfil özünü pis hiss edərək yıxılıb.
Şahidlərin sözlərinə görə, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının şok aparatı işləmədiyi üçün həkimlər ona ürək masajı edərək həyatını xilas etməyə çalışıblar, lakin buna nail ola bilməyiblər.
Hadisə yerinə patrul və kriminal polis əməkdaşları cəlb olunub.
Məlumata görə, həyatını itirən şəxs Bolnisi bələdiyyəsinin Saraçlı kənd sakini, 60 yaşlı Zabit Səfərlidir.
Hazırda hadisə ilə bağlı ekspertizanın rəyinin açıqlanması gözlənilir.