Millət vəkili Qardabanidə baş verən faciədən yazdı
14.05.2026 14:10
1612
Siyasət
A
Millət vəkili Qardabanidə baş verən faciədən yazdı

Bu gün səhər saatlarında Qardabani bələdiyyəsində 7 nəfərin həyatını itirməsi və bir nəfərin ağır yaralanması ilə nəticələnən faciəvi qəza ilə bağlı parlament üzvü Savalan Mirzəyev başsağlığı verib.

Aktual.ge xəbər verir ki, o, özünün sosial şəbəkə hesabında yazıb:

"Bu gün Qardabanidə baş verən ağır yol-nəqliyyat hadisəsi hamımızı dərindən sarsıtdı və böyük kədərə qərq etdi. Bu dəhşətli qəza nəticəsində həyatını itirənlərə Uca Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verirəm. Yaralanan şəxslərə isə Allahdan şəfa arzulayıram.

Belə faciələrin bir daha yaşanmamasını diləyir, vəfat edənlərin ruhunun şad olmasını arzu edirəm".

ŞƏRH YAZ
16