Kateqoriyalar
15-16 may tarixlərində Gürcüstan ərazisinin böyük hissəsində fasilələrlə yağış yağacağı, bəzi yerlərdə isə yağıntının güclü olacağı gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Ətraf Mühit Agentliyi yayıb.
Məlumata görə, bəzi ərazilərdə şimşək çaxacağı, dolu düşəcəyi, güclü qərb küləyi əsəcəyi, dənizdə isə 3-4 ballıq fırtına müşahidə oluna bilər.
"Gözlənilən intensiv yağıntılar çaylarda su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, həmçinin dağətəyi və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin yaranması və aktivləşməsinə səbəb ola bilər" , - məlumatda deyilir.
Agentlik müvafiq hava şəraiti ilə bağlı təhlükə səviyyəsini orta olaraq qiymətləndirib.