2026-cı il yanvarın 1-nə olan göstəricilərə əsasən, Gürcüstan əhalisinin sayı 3 milyon 941 min nəfər təşkil edib.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti ("Saksat") məlumat verib.
“Sakstat”ın bildirdiyinə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.2%-lik minimal artım deməkdir.
Belə ki, 2025-ci il yanvarın 1-i tarixinə Gürcüstan əhalisi 3 milyon 930 min nəfər idi.
Builki məlumatlara əsasən, paytaxt Tbilisi əhalisinin sayı 2.5% artıb. Xüsusilə, 2026-cı il yanvarın 1-i vəziyyətinə görə paytaxtda 1 milyon 369 min nəfər yaşayırdı ki, ötən il bu rəqəm 1 milyon 335 min nəfər idi.
Göstəricilərdən məlum olur ki, Gürcüstanda əhalinin 35%-i Tbilisidə yaşayır. Ən çox insanın qeydiyyatda olduğu şəhərlərə gəldikdə isə paytaxtdan sonra ikinci yerdə Batumi qərarlaşıb, onu Kutaisi və Rustavi izləyir.
Gürcüstanda əhalinin ən çox yaşadığı digər 10 şəhər isə aşağıdakı kimidir:
Tbilisi – 1 milyon 369 min 356 nəfər;
Batumi – 246 min 267 nəfər;
Kutaisi – 153 min 799 nəfər;
Rustavi – 130 min 174 nəfər;
Xelvaçauri – 51 min 286 nəfər;
Qori – 49 min 381 nəfər;
Zugdidi – 45 min 739 nəfər;
Xaşuri – 25 min 447 nəfər;
Samtredia – 24 min 310 nəfər;
Marneuli – 23 min 239 nəfər.