Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları tərəfindən xüsusilə külli miqdarda psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanması və Gürcüstana gətirilməsi ittihamı ilə Türkiyə Respublikasının vətəndaşı saxlanılıb.
Aktual.ge xəbər verir ki, qurumun məlumatına görə, təqsirləndirilən şəxsin əl yükünə baxış zamanı xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Batumi Beynəlxalq Hava Limanında aparılan yoxlama zamanı həmin şəxsin əl yükündən 155 ədəd “Pregabalin” adlı psixotrop maddə götürüblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 261-ci və 263-cü maddələri ilə istintaq aparılır. Bu maddələr 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.