Gürcüstan hökuməti infrastruktur şirkətləri ilə sektorda islahatları müzakirə edib
15.05.2026 13:00
342
Siyasət
A
Gürcüstan hökuməti infrastruktur şirkətləri ilə sektorda islahatları müzakirə edib

Gürcüstan hökuməti dövlət infrastruktur layihələrində iştirak edən şirkətlərlə görüş keçirib və sektorda vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dəyişiklikləri müzakirə edib.

Aktual.ge-nin məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, əsas məqsəd yüksək keyfiyyətli infrastrukturun yaradılması və dövlətin bunun qarşılığında bazar qiymətlərini ödəməsidir.

Baş nazir qeyd edib:

“Biz onlarla dəfələrlə görüş keçirmişik. Onlar tərəfindən müxtəlif məsələlərlə bağlı konkret fikirlər səsləndirilib. Bu gün isə sektor nümayəndələri ilə vəziyyəti yaxşılaşdıracaq dəyişiklik layihələrini bölüşdük. Qiymətlər və indeksasiya ilə bağlı məsələlər mövcuddur. Əsas vəzifəmiz maksimum keyfiyyətli və yüksək səviyyəli infrastrukturun təmin olunmasıdır və dövlət bunun üçün bazar qiymətlərini ödəməlidir.

Eyni zamanda, xüsusilə gürcü şirkətlərinin gücləndirilməsini istəyirik. Bu gün təqdim edilən dəyişikliklər də məhz bu məqsədə xidmət edir və onlar ümumilikdə müsbət qarşılanıb.

Gələcəkdə də aidiyyəti şirkətlərlə əməkdaşlığı maksimum məsləhətləşmə formatında davam etdirməyə hazırıq. Məqsədimiz yüksək keyfiyyətli infrastruktur və ədalətli qiymət balansına nail olmaqdır.”

ŞƏRH YAZ
8