İrakli Kobaxidze aksiyalar zamanı saxlanılan şəxslərin əfv olunması məsələsinə münasibət bildirib
15.05.2026 13:30
398
Siyasət
A
 İrakli Kobaxidze aksiyalar zamanı saxlanılan şəxslərin əfv olunması məsələsinə münasibət bildirib

Baş nazir İrakli Kobaxidze aksiyalar zamanı saxlanılan şəxslərin əfv olunması məsələsinə münasibət bildirib.

Aktual.ge-nin məlumatına görə, Baş nazir deyib ki, məhbuslar törətdikləri cinayətə görə peşman olduqlarını ifadə etsələr, bu halda müvafiq qərar verilə bilər. Onun sözlərinə görə, peşmanlıq və tövbə əsas prinsip kimi çıxış edir.

Kobaxidze bildirib:

“Əgər konkret məhbuslar törətdikləri cinayətə görə peşmanlıq ifadə etsələr, bizim tərəfdən müvafiq reaksiya olacaq. Lakin peşmançılıq və tövbə prinsipial əhəmiyyət daşıyır.”

Baş nazir qeyd edib ki, məhbusların peşmanlıq göstərməsi preventiv təsir baxımından da vacibdir. Onun sözlərinə görə, məhkəmə hüquqi standartlarla işləyir, əfv isə siyasi qərardır və burada müxtəlif amillər nəzərə alına bilər.

O əlavə edib ki, cinayətin etirafı və peşmanlığın göstərilməsi əsas şərtdir və bu yanaşma zorakı hərəkətlərin qarşısının alınmasına xidmət edir.

ŞƏRH YAZ
7