İspaniyada Gürcüstandan olan kriminal şəbəkəyə qarşı xüsusi əməliyyat - VİDEO
15.05.2026 14:46
515
Siyasət
A
İspaniyada Gürcüstandan olan kriminal şəbəkəyə qarşı xüsusi əməliyyat - VİDEO

Gürcüstan və İspaniya Krallığı hüquq-mühafizə orqanlarının əməkdaşları İspaniyada keçirilən beynəlxalq “CACHABA” xüsusi əməliyyatı çərçivəsində 13 nəfəri saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat verib.

Məlumatda qeyd olunub ki, polis əməliyyatı Gürcüstan polis attaşesi ilə aktiv əməkdaşlıq şəraitində həyata keçirilib və bundan əvvəl iki ölkənin hüquq-mühafizə qurumları arasında bir il davam edən intensiv koordinasiya aparılıb.

“İstintaq çərçivəsində müəyyən edilib ki, cinayətkar qrupun üzvləri İspaniyanın müxtəlif bölgələrində törədilmiş 27 mənzil oğurluğunda iştirak ediblər. Araşdırma zamanı məlum olub ki, dəstə iki müxtəlif qoldan ibarət olub – bir tərəfdə birbaşa mənzil oğurluqlarını həyata keçirən gürcü əsilli şəxslər, digər tərəfdə isə oğurlanan əşyaların müxtəlif şəhərlərdə satışını təşkil edən ispan qruplaşması yer alıb.

İki ölkənin hüquq-mühafizə orqanları xüsusi əməliyyatı eyni vaxtda Madrid, Valensiya, Quadalaxara və Alikante şəhərlərində, ümumilikdə 9 fərqli ünvanda keçiriblər.

Faktla bağlı istintaq İspaniya Cinayət Məcəlləsinin 510, 301 və 570-ci maddələri ilə aparılır. Cinayət 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – məlumatda deyilir.

 

ŞƏRH YAZ
6