Bədbəxt hadisə nəticəsində 3 yaşlı qız həyatını itirib
15.05.2026 17:35
718
Hadisə
A
Bədbəxt hadisə nəticəsində 3 yaşlı qız həyatını itirib

Saqareco bələdiyyəsinin Manavi kəndində baş verən bədbəxt hadisə nəticəsində 3 yaşlı qız həyatını itirib.

Aktual.ge xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, uşaq qonşunun həyətində olarkən hərəkətdə olan avtomobilin qapısına toxunması nəticəsində yıxılıb və baş nahiyəsindən ağır xəsarət alıb.

Məlumata görə, ailələr arasında yaxşı qonşuluq münasibətləri olub və hadisə bədbəxt hadisə kimi qiymətləndirilir.

Hadisənin dəqiq şəraitinin müəyyənləşdirilməsi üçün hüquq-mühafizə orqanları araşdırma aparır.

DİN-dən bildirilib ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başlanıb. Bu maddə nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutur.

ŞƏRH YAZ
7