İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 3 min nəfərə yaxınlaşır
18.05.2026 08:18
392
Dünya
A
İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 3 min nəfərə yaxınlaşır

Martın 2-dən İsrail Müdafiə Ordusunun Livana endirdiyi zərbələr nəticəsində 2988 nəfər həlak olub.

Aktual.ge xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin "X" sosial şəbəkə hesabında yayılan bəyanatında deyilir.

"Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri öldürülən vətəndaşların ümumi sayı 2 988-ə, yaralıların sayı isə 9 210-a çatıb", - qurumun bəyanatında bildirilir.

Qeyd olunur ki, son sutka ərzində Livanda İsrail Hərbi Hava Qüvvələrinin ölkənin cənub və cənub-şərq bölgələrinə endirdiyi zərbələr zamanı azı 37 nəfər həlak olub, daha 222 nəfər isə yaralanıb.

ŞƏRH YAZ
9