19 may tarixində “Topçu Dekor” şirkəti ilə “Aktual Media” arasında “Novella II” bədii-sənədli filminin baş sponsorluğu ilə bağlı müqavilə imzalanıb.
Müqavilənin imzalanma tədbiri Marneulidə fəaliyyət göstərən “Topçu Dekor” şirkətinin mərkəzi mağazasında keçirilib.
“Novella II” filminin baş sponsorluğu ilə bağlı müqaviləni “Aktual Media”nın təsisçisi və baş direktoru İlkin Hüseynov ilə “Topçu Dekor” şirkətinin rəhbəri Faiq Əliyev imzalayıblar.
Müqaviləyə əsasən, “Topçu Dekor” şirkəti “Novella II” bədii-sənədli filminin baş sponsoru olacaq. Şirkətin loqosu və adı layihənin rəsmi təqdimat materiallarında və qala gecələrində geniş şəkildə yer alacaq. Bundan əlavə, filmin premyerası və nümayişləri zamanı tərəfdaşlığın xüsusi statusu vurğulanmaqla, baş sponsorun brendinin geniş auditoriyaya tanıdılması təmin ediləcək.
Qeyd edək ki, Gürcüstanda yaşayan gənc azərbaycanlıların uğur hekayələrini təqdim etmək, gənc nəsildə təhsilə motivasiya yaratmaq və gürcü cəmiyyətinə uğurlu azərbaycanlıları daha yaxından tanıtmaq məqsədi daşıyan