Gürcüstandakı ehtiyaclı müsəlmanlara Qurban bayramı öncəsi Türkiyədən yardım - VİDEO
21.05.2026 00:36
367
Din
A
Gürcüstandakı ehtiyaclı müsəlmanlara Qurban bayramı öncəsi Türkiyədən yardım - VİDEO

Türkiyə Cümhuriyyəti hər il olduğu kimi, bu il də Gürcüstanda yaşayan aztəminatlı müsəlman ailələrə qurban payı üçün heyvanlar göndərib.

Belə ki, Türkiyə Diyanət Vəqfi tərəfindən Gürcüstandakı ehtiyaclı müsəlman ailələri üçün ümumilikdə 200 baş iribuynuzlu heyvan ayrılıb. 

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov bildirib ki, Şərqi Gürcüstan müftiliyinin təşəbbüsü ilə Avropada fəaliyyət göstərən Beynəlxalq Hasene Vəqfi də ikinci dəfə olaraq Gürcüstan müsəlmanlarına dəstək göstərəcək. Vəqf tərəfindən bu il 40 baş iribuynuzlu heyvan göndəriləcək.

Qeyd edək ki, artıq ənənəyə çevrilib ki, Türkiyə Cümhuriyyəti hər il Ramazan ayı və Qurban bayramı münasibətilə Gürcüstanda yaşayan aztəminatlı müsəlman ailələrinə yardım göstərir.

ŞƏRH YAZ
2