Kateqoriyalar
20 may tarixində Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtəqi Əsədov "Məscidlər Fondu"nu təsis etdiyini açıqlayıb.
O, bu barədə Marneulidə, İdarənin ofisində keçirdiyi mətbuat konfransında məlumat verib.
İlahiyyatçı bildirib ki, fondun əsas məqsədi Gürcüstandakı məscidlərin vəziyyətini sistemli şəkildə öyrənmək, müsəlman icmasının real ehtiyaclarını müəyyən etmək və həmin ehtiyacların mərhələli şəkildə aradan qaldırılmasına dəstək göstərməkdir.
Mirtəqi Əsədov fondun müsəlman din xadimlərinin tələbi əsasında yaradıldığını diqqətə çatdırıb.