Bugün
101
Siyasət
A
"Baş verənlər hamımız, o cümlədən ilk növbədə Bidzina İvanişvili üçün ürəkağrısıdır" | Kobaxidze

“Baş verənlər hamımız, o cümlədən ilk növbədə Bidzina İvanişvili üçün ürəkağrısıdır. Belə proseslərin inkişaf etməsi və komandanın keçmiş üzvlərinin konkret cinayətlərə görə cəza çəkməsi təəssüf doğurur”.

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze partiyanın Siyasi Şurasının və Parlament çoxluğunun iclası başa çatdıqdan sonra keçirilən brifinqdə deyib. 

Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvilinin hər hansı formada həbsdən azad edilməsi məsələsinin müzakirə olunub-olunmadığı ilə bağlı suala İrakli Kobaxidze belə bir müzakirənin aparılmadığını, Bidzina İvanişvilinin isə məsələ ilə bağlı ümumi qiymətləndirmə verdiyini bildirib.

“Proseslərin necə inkişaf etdiyini bilirsiniz. Hazırda cəzaçəkmə müəssisəsində olan insanlar da var. Təbii ki, komanda üçün Bidzina İvanişvilinin bu cür məsələlərlə bağlı fikirlərini dinləmək vacib idi və əsasən, müzakirələr də bunun ətrafında aparıldı.

Baş verənlər hamımız, əlbəttə ki, ilk növbədə Bidzina İvanişvili üçün ürəkağrısıdır. Belə proseslərin inkişaf etməsi və komandanın keçmiş üzvlərinin konkret cinayətlərə görə cəza çəkməsi ilk növbədə təəssüf doğurur. Bidzina İvanişvili də bu hadisələrlə bağlı təəssüfünü ifadə etdi. Baş verənlər təəssüf doğurur. Bu, təbii ki, komanda üçün müəyyən mənada zərbə oldu. Bu məsələ ilə bağlı deyə biləcəyim şərh bundan ibarətdir. Baş verənlər çox təəssüf doğurur.

Qaribaşvilinin həbsdən azad edilməsi məsələsi müzakirə olunmayıb. Bidzina İvanişvili baş verən proseslərə çox ümumi şəkildə toxunub və onlarla bağlı ümumi qiymətləndirmə verib”, – deyə İrakli Kobaxidze qeyd edib.

ŞƏRH YAZ
3