Kateqoriyalar
"Faşizm üzərində qələbənin 76-cı ildönümü münasibətilə İkinci Dünya Müharibəsi iştirakçılarına 1000 lari, dünyasını dəyişənlərin ailə üzvlərinə 500 lari məbləğində birdəfəlik sosial yardım veriləcək.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Hökumətinin fərmanında deyilir.
Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, sərəncam artıq Baş nazir İrakli Qaribaşvili tərəfindən imzalanıb.