Gürcüstanda turizm mövsümü canlanır- Qlobal şirkətlər Batumiyə uçuşları bərpa edir
15.05.2021 17:58
375
İqtisadiyyat
A
Gürcüstanda turizm mövsümü canlanır- Qlobal şirkətlər Batumiyə uçuşları bərpa edir

Yenilənmiş Batumi Beynəlxalq Hava Limanında ilk uçuşu bu gün Almatı-Batumi-Almatı istiqamətində müntəzəm uçuşlarını bərpa edən Qazaxıstanın "Air Astana" aviaşirkəti həyata keçirdi.

Aktual.ge xəbər verir ki, bunu İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnava bildirib.

"Almatıdan Batumiyə uçuş edən ilk təyyarə 115 sərnişin gətirdiyini bildirən" nazir, "Almatı-Batumi-Almatı uçuşları həftədə 3 dəfə həyata keçiriləcək - hər bazar ertəsi, çərşənbə və şənbə günləri"-məlumatını verib.

“2019-cu ildə Qazaxistandan 103,611 ziyarətçi qəbul edildi və artım əvvəlki ilə nisbətən yüzdə 75,7 oldu. Qazaxıstandan gələn qonaqlarımızın tətillərini Acarıstan da daxil olmaqla Gürcüstanda təhlükəsiz keçirə biləcəyinə ümid edirik",-deyən N.Turnava əlavə edib: "Gürcüstanın turizm sektoru, qonaqlara qaydalara uyğun olaraq xidmət göstərməyə hazırdır".

Onun sözlərinə görə, turizm Gürcüstan iqtisadiyyatının ən böyük sahələrindən biridir və onun dirçəlişi iqtisadi artımı təmin etmək üçün çox vacibdir.

"Batumi Beynəlxalq Hava Limanı Səudiyyə Ərəbistanından ilk qonaqlarını 17 may tarixində qəbul edəcək. "Flynas" hava yolu şirkəti Gürcüstan istiqamətində müntəzəm fəaliyyətini bərpa edəcək və Tbilisidə daxil olmaqla Səudiyyə Ərəbistanından Batumiyə turist gətirəcəkdir. İyundan etibarən Batumiyə müntəzəm uçuşlar 'LOT Polşa Hava Yolları' Varşava-Batumi-Varşava və Ukrayna Beynəlxalq Hava Yolları Kiyev-Batumi-Kiyev tərəfindən həyata keçiriləcəkdir",-deyib N.Turnava.

Qeyd edək ki, bu məlumat İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfindən yayılır.

ŞƏRH YAZ
1