Marneulidə Qədir-Xum bayramı münasibətilə konfrans keçirilib - FOTO
07.07.2023 12:49
528
Siyasət
A
Marneulidə Qədir-Xum bayramı münasibətilə konfrans keçirilib - FOTO

Ötən gün, 6 iyul Marneuli Bələdiyyəsinin Ocaq şadlıq sarayında "Qədir-Xum" bayramı münasibətilə dəyirmi masa ətrafında konfrans keçirilib.

Aktual.ge məlumat verir ki, konfrans Gürcüstan Əhli-Beyt Cəmiyyəti, Hz. İmam Əli (ə) Məscidi və Hz. İmam Hüseyn (ə) Məscidinin təşkilatçılığı ilə baş tutub.

Qurani-Kərimdən bir neçə ayənin tilavət edilməsi ilə başlayan konfransa din xadimləri, ictimaiyət nümayəndələri və siyasətçilər qatılıb. Konfransda "Qədir-Xum" bayramı və dəyərləri habelə tarixi haqqında danışılıb.

Dualar ilə yekunlaşan konfransın sonunda şirniyyat süfrəsi açılıb. Qeyd olunub ki, bu gün də eyni məkanda "Qədir-Xum" bayramı münasibətilə geniş mərasim baş tutacaq.

Məlumat üçün bildirək ki, Zilhiccə ayının 18-də (bu il iyulun 7-i) İslam dünyasının ən əhəmiyyətli bayramlarından biri – Qədir-Xum bayramı qeyd edilir.

ŞƏRH YAZ
0