Gürcüstanda kənd təsərrüfatı torpaqlarının əcnəbilərə satılması qanunla qadağandır, baxmayaraq ki, əcnəbilər hələ də kəndlərdə torpaq sahələri alırlar.
Aktual.ge xəbər verir ki, Rusiya vətəndaşları Acara kəndlərində, konkret olaraq Xelvaçauri və Kobuleti bələdiyyələrində aktiv şəkildə torpaq sahələri alırlar.
"Dövlət reyestrində Rusiya vətəndaşlarının Gürcüstanda intensiv olaraq daşınmaz əmlak aldıqları təsdiqlənib. Reyestrin təqdim etdiyi rəsmi statistikaya görə, 2022-ci il martın 1-dən 2023-cü il aprelin 26-dək olan müddətdə Rusiya vətəndaşları Gürcüstanda tam 7 min 709 mənzil, ümumilikdə 424 min 449 kvadratmetr daşınmaz əmlak alıblar.
Qeyd olunan müddət ərzində ruslar Acarada 474 min 649 kvadratmetr torpaq sahəsi alıblar: 265 049 kvadratmetr binasız [457 nəfər, 604 kvadratmetr] və 209 min 600 kvadratmetr binalı [1028 nəfər, 1074 kvadratmetr]" , - məlumatda qeyd olunub.
Qadağaya baxmayaraq, kənddəki torpaqların əcnəbilərə satılması mexanizmi hələ də sadədir:
Qeyd edək ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi torpağın təyinatını dəyişdirir, bunun üçün dövlət reyestrinə müvafiq ərizə ilə müraciət edir, lakin həmin dəyişikliyin zəruriliyini əsaslandırmağa borcludur. Dövlət reyestrində ərizəyə baxılır və torpaq sahəsinin təyinatının dəyişdirilib-dəyişdirilməməsinə qərar verilir. Müsbət qərar olduqda, reyestr torpağı kənd təsərrüfatına aid olmayan sahə kimi qeydiyyata alır. Bundan sonra kənd təsərrüfatına aid olmayan torpaqlar sərbəst şəkildə xarici ölkəninvətəndaşına satıla bilər.
Bunu da məlumat üçün bildirək ki, Gürcüstan Konstitusiyasına görə: kənd təsərrüfatına yararlı torpaqlar xüsusi əhəmiyyət kəsb edən resurs kimi yalnız dövlətin, özünüidarəetmə vahidinin, Gürcüstan vətəndaşının və ya Gürcüstan vətəndaşlarının birliyinin mülkiyyətində ola bilər.
Mənbə: Batumelebi