"Gürcüstanı ən qısa zamanda Avropa İttifaqının üzvü kimi salamlamaq istəyirik. Belə ki, iş sürətləndirilməlidir"
Aktual.ge xəbər verir ki, bu sözləri Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herchinski deyib.
O, bildirib ki, islahatlar Gürcüstanı daha güclü, daha sabit, demokratik ölkəyə çevirmək üçün nəzərdə tutulub.
“Mən yalnız bütün tərəfləri işi sürətləndirməyə çağıra bilərəm. Aİ-yə üzvlük uzun və mürəkkəb prosesdir, lakin son tarixlərə gəldikdə mütləq uzun proses deyil. Hər şey Gürcüstanın islahatları nə qədər tez həyata keçirəcəyindən asılıdır. İslahatlar Brüsselin və ya başqalarının bəyənməsi üçün deyil, Gürcüstanı daha güclü, daha sabit, demokratik ölkə etmək üçün nəzərdə tutulub. Bu səbəbdən islahatları həyata keçirmək və Avropa İttifaqına daxil olmağa hazır olmaq Gürcüstanın öz marağındadır.
Biz Gürcüstanı olduqca güclü, yaxşı fəaliyyət göstərən peşəkar institutları olan güclü, sabit ölkə kimi görmək istəyirik. Biz Gürcüstanı ən qısa zamanda Avropa İttifaqının üzvü kimi salamlamaq istəyirik”- deyə Herçinski bildirib.