“Milli Bank ikinci dəfə 60 milyon dollar emissiya edib və 48 milyon 700 min satıb, bu, hazırda vəziyyətin o qədər də panikalı olmadığının göstəricisidir. Bu panik vəziyyəti və ajiotajı kommersiya bankları özləri yaradır”.
Aktual.ge xəbər verir ki, bunu iqtisadçı ekspert Nika Şengelia deyib.
Onun sözlərinə görə. İlk təxribatı həmişə kommersiya bankları təşkil edir, onlar süni şəkildə bum yaradır və bu kimi hallardan düzgün istifadə edərək qazanc əldə edirlər.
“Milli Bankın və hökumətin menecerləri yaxşı bilməlidirlər ki, ilk təxribat kommersiya banklarından gəlir, qiymətlərin ilk sıçrayış kimi artımı zamanı olduğu kimi, xüsusi olaraq bum edirlər. Dolları baha satıb ucuz alacaqlar. Bank sistemində bu hər zaman olub və heç kim bu barədə soruşmur. Bu sahə həmişə belə vəziyyətlərdə qalib gəlir” – Nika Şengelia "Palitra" radiosuna söyləyib.
Qeyd edək ki, bir sıra iqtisadçı ekspertlər larinin dəyər itirməsi və ABŞ dollarının bahalaşmasına "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsiylə əlaqələndirir.