Son 5 il ərzində Gürcüstan miqyasında xarici donor təşkilatların maliyyə dəstəyi ilə 29 yol layihəsi həyata keçirilib. Layihələrin əksəriyyəti avtomobil yollarının bərpasına aid olub, bir qismi isə yol təhlükəsizliyinin yaxşılaşdırılması ilə əlaqəli olub.
Aktual.ge xəbər verir ki, bu barədə "Bussines Press News" məlumat yayıb.
Bildirilib ki, bu yol layihələri ölkədə aşağıdakı beynəlxalq maliyyə institutları tərəfindən həyata keçirilib:
Dünya Bankı (WB),
Avropa İnvestisiya Bankı (EIB),
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD),
Asiya İnkişaf Bankı (ADB)
Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB).
Sualara cavab olaraq Avtomobil Yolları Departamenti tərəfindən təqdim edilən məlumata əsasən, 29 layihənin ümumi dəyəri 3 milyard 44 milyon laridən çox olub.
Donorlar tərəfindən maliyyələşdirilmiş və 2020-2024-cü illərdə tamamlanmış layihələr aşağıdakı kimidir:
E-60 avtomagistralının Zemo Osiauri–Çumateleti (km 0+000 - km 5+800) hissəsinin tikintisi, Lot 1 – 133 milyon 530 min 700 lari (2020, WB);
E-60 avtomagistralının Zemo Osiauri–Çumateleti (km 5+800 - km 7+700) hissəsinin tikintisi, Lot 2A – 50 653 800 lari (2020, WB);
Samtredea–Qriqoleti avtomobil yolunun (km 11+500 - km 30+000) Lot 2 hissəsinin tikintisi – 253 979 700 lari (2020, EIB);
Tbilisi (Pantiani) - Manglisi avtomobil yolunun (km 23 - km 32) bərpası – 6 995 800 lari (2020, WB);
Tsalenjikha–Jvari–Jvarzeni avtomobil yolunun (km 8 - km 12.5) bərpası – 2 975 100 lari (2020, WB);
İmereti və Şida Kartli regionlarında yol təhlükəsizliyinin yaxşılaşdırılması üzrə kiçik miqyaslı işlər – 6 540 700 lari (2020, WB);
Qurjaani–Bakurtsikhe yeni alternativ yolunun tikintisi – 38 000 000 lari (2021, WB);
Kaxeti regionunda avtomobil yollarının bərpası – 140 549 000 lari (2021, WB);
İmereti və Acara regionlarında yol təhlükəsizliyinin yaxşılaşdırılması işləri – 4 998 800 lari (2021, WB);
İmereti, Acara, Raça-Leçxumi və Kvemo Svaneti regionlarında yol təhlükəsizliyinin yaxşılaşdırılması işləri – 4 244 700 lari (2021, WB);
Xidistavi–Ateni–Boşuri avtomobil yolunun (km 12+400 - km 22+500) bərpası və tikintisi – 6 155 800 lari (2021, WB);
Samtredea–Qriqoleti avtomobil yolunun (km 42+000 - km 51+570) Lot 4 hissəsinin tikintisi – 113 207 200 lari (2022, EIB);
Bağratşen körpüsünün layihələndirilməsi və tikintisi – 7 393 300 avro (2022, EBRD);
Jinvali–Barisaxo–Şatili avtomobil yolunun (km 16 - km 25.5) Lot 1 hissəsinin bərpası – 6 339 600 lari (2022, WB);
Jinvali–Barisaxo–Şatili avtomobil yolunun (km 25.5 - km 32) Lot 2 hissəsinin bərpası – 8 647 500 lari (2022, WB);
E-60 avtomagistralının Xevi–Ubisa hissəsinin (F2) tikintisi – 732 296 500 lari (2023, ADB);
E-60 avtomagistralının Ubisa–Şorapani hissəsinin (F3) tikintisi – 901 973 200 lari (2023, EIB);
Dzirula–Xaraqauli–Moliti–Fona–Çumateləti avtomobil yolunun (50 km) Dzirula–Moliti hissəsinin (km 0+000 - km 24+620) Lot 1 bərpası – 51 467 700 lari (2023, ADB);
Çoxatauri–Baxmaro avtomobil yolunun (km 15.9 - km 21.4 və km 22.5 - km 24.5) Lot 3 hissəsinin bərpası – 6 540 000 lari (2023, WB);
Tianeti–Axmeta–Qvareli–Ninigori avtomobil yolunun (km 1 - km 30) qalan hissələrinin bərpası – 12 141 900 lari (2023, WB);
Ozurgeti–Natanebi–Ureki avtomobil yolunun (km 0.0 - km 2.8) Lot 3 hissəsinin bərpası – 2 763 500 lari (2023, WB);
E-60 sürətli avtomagistralının Şorapani–Argveti hissəsinin (F4) tikintisi – 582 777 300 lari (2024, ADB);
Bakurtsixe–Tsnori avtomobil yolunun (km 0+000 – km 16+585) hissəsinin tikintisi – 87 857 400 lari (2024, ADB);
Batumi alternativ yolunun (km -1+000 - km 13+325) tikintisi – 329 630 700 lari (2024, ADB/AIIB);
Sajavaxo–Çoxatauri–Ozurgeti–Kobuleti avtomobil yolunun (km 35 - km 43.6 və km 47.2 - km 48) Lot 1 hissələrinin bərpası – 8 128 900 lari (2024, WB);
Sajavaxo–Çoxatauri–Ozurgeti–Kobuleti avtomobil yolunun (km 17 - km 19.5) Lot 2 hissəsinin bərpası – 2 301 900 lari (2024, WB);
Çoxatauri–Zomleti avtomobil yolunun (km 3.5 - km 13.8) Lot 1 hissəsinin bərpası – 11 774 300 lari (2024, WB);
Sajavaxo–Çoxatauri–Ozurgeti–Kobuleti avtomobil yolunun (km 54.0 - km 67.7) Lot 2 hissəsinin bərpası – 10 777 600 lari (2024, WB);
İqlim dəyişikliyinə qarşı mübarizə layihəsinin Kutaisi–Alpana–Mamisoni (km 106.5 - km 109; km 109.5; km 114; km 119 - km 120; km 123.5 - km 125.5) hissələrində həyata keçirilməsi – 4 235 200 lari (2024, WB).