Gürcüstan diri qoyun və keçini əsasən hara ixrac edir? – Siyahının başında bu 2 ölkə var
21.02.2025 00:58
9428
İqtisadiyyat
A
Gürcüstan diri qoyun və keçini əsasən hara ixrac edir? – Siyahının başında bu 2 ölkə var

Gürcüstanda diri keçi və qoyunların idxalı azalıb. 2024-cü ildə ölkəyə 354 ton diri qoyun və keçi idxal edilib, onların ümumi dəyəri 1 milyon ABŞ dollarını ötüb. Müqayisə üçün, 2023-cü ildə 1 475 ton diri keçi və qoyun idxal olunmuşdu və bunun ümumi dəyəri 1 milyon 600 min ABŞ dolları təşkil edirdi.

Aktual.ge xəbər verir ki, bu məlumatlar Gürcüstanın Milli Statistika Xidmətinin saytında öz əksini tapıb. 

Məlumata görə, 2024-cü ildə diri keçi və qoyunlar yalnız Ermənistandan idxal edilib. 2023-cü ildə isə idxalda əsas paya Rusiya sahib idi (1 milyon 320 min dollar dəyərində 1 397 ton). Ermənistandan 165 min dollar dəyərində 72 ton, Böyük Britaniyadan isə 135 min dollar dəyərində 5 ton diri heyvan idxal edilmişdi.

İdxalla yanaşı, yerli ixrac həcmi də azalıb. Məsələn, 2024-cü ildə 9 577 ton diri keçi və qoyun ixrac edilib və bunun ümumi dəyəri 36 milyon ABŞ dollarından çox olub. Halbuki, 2023-cü ildə 14 887 ton (44 milyon ABŞ dolları dəyərində) diri keçi və qoyun ixrac edilmişdi.

Qeyd edək ki, Gürcüstanın yerli qoyun və keçiləri əsasən Səudiyyə Ərəbistanı və Azərbaycana ixrac edilir, digər ölkələrin payı isə nisbətən azdır. 2024-cü ildə Gürcüstanın keçi və qoyun ixrac etdiyi ölkələrin siyahısı aşağıdaki kimidir:

Səudiyyə Ərəbistanı – 4 162 ton, 20 milyon 200 min ABŞ dolları

Azərbaycan – 4 783 ton, 14 milyon 200 min ABŞ dolları

Qətər – 193 ton, 722 min ABŞ dolları

Livan – 315 ton, 700 min ABŞ dolları

İran – 62 ton, 237 min ABŞ dolları

İraq – 62 ton, 193 min ABŞ dolları

ŞƏRH YAZ
7