Tbilisi–Rustavi yolunda ağır qəza olub - VİDEO
27.11.2025 20:46
786
Hadisə
A
Tbilisi–Rustavi yolunda ağır qəza olub - VİDEO

Tbilisidə, Poniçala ərazisində Tbilisi–Rustavi avtomobil yolunda baş verən qəza nəticəsində yolda ciddi tıxac yaranıb.

Aktual.ge hadisə yerindən xəbər verir ki, Rusiya dövlət nömrə nişanlı AH 1777-15 SCHÇITZ yük maşını ilə Gürcüstan dövlət nömrə nişanlı WE 528 LL nömrəli Toyota markalı minik avtomobilinin toqquşduğu hadisədə əlavə olaraq LL 996 CC dövlət nömrə nişanlı Opel markalı avtomobil də zərər görüb.

Hadisə yerinə artıq polis əməkdaşları cəlb olunub. Əraziyə çatan təcili tibbi yardım briqadaları yaralıların olub-olmamasını müəyyənləşdirmək üçün iş aparır, həkimlər müdaxilə edir.

Qəza səbəbləri və başvermə şəraiti araşdırılır.

ŞƏRH YAZ
8